Bu ölkələr 290 nəfərin öləcəyini bilirdi: baş nazirin sözləri təsdiqləndi

Aprelin əvvəlində Hindistan və ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələri mümkün hücumlar haqqında Şri-Lanka hakimiyyətinə xəbərdarlıq edirdilər.

Publika.az xəbər verir ki, bu haqda CNN telekanalı bildirib.

Kanalın məlumatlarına görə, hüquq-mühafizə orqanlarının məruzələrindən birində şübhəlilərin siyahısı var idi. Xarici xüsusi xidmət orqanları güman edirdilər ki, kilsələr və yerli məşhur turistik yerlər terrorçuların mümkün hədəfi olacaq.

Qeyd edək ki, aprelin 21-də Pasxa bayramı mərasimlərinin keçirildiyi vaxtda üç kilsə və üç mehmanxana hücüma məruz qalıb. Yeddinci və səkkizinci hücumlar bir neçə saat sonra təşkil edilib. Terror aktları nəticəsində 290 insan həlak olub, təxminən 500-ü yaralanıb.

Xatırladaq ki, Şri-Lankanın baş nazir Ranil Vikeremsinq daha əvvəl kəşfiyyatın hücumlar barədə məlumatlar aldığını etraf etmişdi. O qeyd edib ki, hücumların qarşısının alınması üçün lazımi addımların atılmamasının səbəbləri araşdırılacaq.

Şri-Lanka hökuməti terroru "Beynəlxalq Təvhid Camaatı" terror təşkilatının törətdiyini açıqlayıb. "Beynəlxalq Təvhid Camaatı" Şri-Lankada fəaliyyət göstərən terror təşkilatıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR