Əlcəzairdə bütün milyarderlər həbs olundu

Əlcəzairdə korrupsiya cinayətlərinin araşdırılması çərçivəsində beş milyarder həbs olunub. Bu barədə ölkə televiziyası məlumat yayıb.

Qeyd olunur ki, hakimiyyət ölkənin ən varlı adamı sayılan İssad Rebrarı da həbs edib. "Forbes" nəşri onun varidatını 3,8 milyard dollar həcmində qiymətləndirir.

Eyni zamanda, Kuninef ailəsindən dörd qardaş saxlanılıb. Onlar ölkənin keçmiş prezidenti Əbdüləziz Buteflika ilə yaxınlıqları ilə tanınırlar.

virtulaz

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR