Şri Lankadakı teraktda bu ölkənin ən varlı adamının övladları öldü

Şri Lankadakı teraktda ASOS onlayn satış şirkətinin ən böyük səhmdarı Anders Xolça Povlsenin övladları da həlak olub.

Axar.az xəbər verir ki, bu məlumatı "Metro" saytı yayıb. Sayt iş adamının Şri Lankaya Pasxa bayramını qeyd etməyə yollanan 4 övladından 3-ü həlak olduğunu yazıb.

Qeyd edək ki, Povlsen Danimarkanın ən zəngin adamı sayılır.

Dünən Şri Lankada 8 terakt baş verib. Teraktlar nəticəsində 290 nəfər həlak olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR