Çin indidən ABŞ-a etiraz etdi – İrana dəstək

Çin hökuməti ABŞ-ın İran neft idxalatçılarına qarşı təzyiqlərinə qarşı çıxır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan deyib.

"Biz ABŞ-ın birtərəfli addımlarına qarşıyıq. Çin hökuməti milli müəssisələrin qanuni haqlarının müdafiəsi məqsədilə aktiv konstruktiv fəaliyyət aparmaq niyyətindədir. Pekin Tehranla ticari və iqtisadi əlaqələri dəstəkləyir", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə "Vaşinqton Post" qəzeti ABŞ-ın bu gün İran neftini idxal edən ölkələrə qarşı tətbiq etdiyi güzəştləri ləğv edəcəyi barədə məlumat yaymışdı.

Filippində dəhşətli zəlzələ

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR