Kişi arvadını və 3 uşağını öldürüb, video çəkdi - Dəhşətə gətirən səbəb

Kişi həyat yoldaşını və 3 övladını qətlə yetirib.

Uzun müddətdir işsiz qalan kişi ailəsinə baxa bilmədiyinə görə onları öldürüb.

32 yaşlı kişi ailə üzvlərini öldürdükdən sonra etiraf videosu çəkərək "Whatsapp" qrupunda yayıb.

O, bildirib ki, ailəsinə baxmağa maddi imkanı çatmadığına görə onlara əvvəlcə yuxu dərmanı verib, sonra da kəsici alətlə öldürüb.

5 aydır işsiz qalan Sumit Kumar xanımını öldürdükdən sonra, 3 uşağını da qətlə yetirib. Uşaqların ikisinin 4, birinin isə 5 yaşı var idi. 

Dəhşətli hadisə Hindistanın Uttar Pradeş ştatının Qaziabad şəhərinin yaxınlığındakı Indirapuram kəndində baş verib.

Hazırda polis hər yerdə qatili axtarır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR