Ağac materiallarından göydələn tikiləcək

Hündürlüyü 350 metr olan 70 mərtəbəli taxta göydələnin tikilməsi layihəsi Yaponiyada reallaşacaq.

Olaylar.az bildirir ki, binanın müəllifləri "Sumitomo Foresty Co." şirkətinin mütəxəssisləridir.

Yeni binanın 90%-ni ağac materialları, qalan 10%-ni isə metaldan hazırlanan karkas təşkil edəcəkdir. Bu, binanı zəlzələlərə qarşı davamiyyətli olması üçün düşünülüb.

Layihə Tokionun mərkəzində ekoloji vəziyyəti yaxşılaşdıracaq.

Ekspertlərin qiymətləndirmələrinə görə, bu layihənin realizəsinə 200 kub metr ağac materialı istifadə olunacaq.

Qeyd edək ki, bu binanın inşası yerli qaydalara ziddir. Belə ki, yanğın baş verdiyi halda konstruksiyanı xilas etmək mümkün olmayacaqdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR