İlon Maskın kosmik gəmisi qəzaya uğrayıb

İlon Maska məxsus olan "SpaceX" şirkətinin Crew Dragon kosmik gəmisi partlayıb. 

Olaylar.az bildirir ki, "SpaceX" və NASA nümayəndələri, Crew Dragon adlı gəminin qəza etməsini təsdiqləyiblər.

Qəza gəminin yanğına qarşı davamlılığını sınaqdan keçirən zaman baş verib. 

Bununlada, şirkətin yay ayları üçün layihə çərçivəsində planladığı yeni uçuşlar baş tutmayacaq. Bu planlar "Amerikanın pilot kosmonavtikası sahəsində yeni eranın başlanğıcı" kimi təqdim olunmuşdur.

Qeyd edək ki, qəzaya uğrayan gəmi daha öncə Beynəlxalq Kosmik Stansiya ilə uzlaşaraq kosmosa buraxılaraq Yer kürəsinə geri qayıtmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR