Terror aktında ölənlərin sayı 290-a çatdı

Ötən gün Şri-Lankada Pasxa mərasimi zamanı kilsə və mehmanxanalara təşkil olunan bombalı terror hücumlarında ölənlərin sayı artıb.

Olaylar.az bildirir ki, terror aktında 500-dən çox yaralı olduğu bildirilib.

Ölənlərin sayı isə 290-a çatıb. Həyatını itirənlər arasında Türk vətəndaşları olan iki mühəndisin də olduğu müəyyən edilib.

Təhlükəsizlik orqanları hücumlardan sonra aparılan əməliyyatlarda 24 nəfəri saxlayıb.

Lakin hücumları təşkil edənlər barədə açıqlama verilməyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR