Dəhşətli terrordan ölkə kəşfiyyatının xəbəri olub –  Şok iddia

Terror hücumları ilə bağlı kəşfiyyat məlumatları olub. Onu önləmək üçün tədbirlər görülməməsinin səbəbləri araşdırılacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Şir-Lankanın Baş naziri Ranil Viskremesingen deyib.

Baş nazir 207 nəfərin ölümü, 450 nəfərin yaralanmasına səbəb olan terror aktı ilə bağlı mətbuat konfransı keçirib.

Hadisədən sonra ölkəsinə dəstək verən dünya liderləri ilə telefonla danışdığını bildirən baş nazir əlavə edib ki, terrorçuların tapılması və yaxalanması üçün göstərilən dəstəyi yüksək qiymətləndirir. O, əlavə edib ki, terroru törədənlərin ölkə vətəndaşı olduğu ehtimalı var.

Baş nazir bir daha əlavə edib ki, hücumlarla bağlı kəşfiyyat məlumatı əldə edilibmiş və bununla bağlı yetərli tədbirlərin görülməməsinin səbəbləri araşdırılacaq.

Hücumlarla əlaqəli 8 nəfər saxlanılıb.

Qeyd edək ki, Şri-Lankada bazar günü silsilə partlayışlar törədilib. Son məlumatlara görə, həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Koreya Xalq Respublikası, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR