Pankisidə çeçenlərlə toqquşma - 15 polis yaralandı

Gürcüstandakı Pankisi dərəsində hüquq-mühafizə orqanları ilə yerli əhali arasında toqquşmalar başlayıb.

Axar.az xəbər verir ki, etirazlara səbəb Pankisi dərəsində hökumətin yenidən "Xadori" su elektrik stansiyasının tikintisini başlatması olub. Yerli əhali dəyənəklərlə silahlanıb və polisə müqavimət göstərməyə başlayıb. Əraziyə xüsusi təyinatlılar yeridilib, onlar isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq ediblər. Nəticədə bir neçə nəfər xəsarət alıb. Bölgəyə əlavə polis dəstələri yeridilməyə başlanıb.

***

Pankisi dərəsindəki toqquşmalar zamanı 15 polis əməkdaşı xəsarət alıb.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya deyib.

Qeyd edək ki, Pankisi dərəsindəki əhalinin əksəriyyətini çeçenlər təşkil edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR