Ukraynada ilkin nəticələr: Zelenski irəlidədir

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu start götürür.

Axar.az xəbər verir ki, mübarizə məşhur şoumen Vladimir Zelenski və hazırki Prezident Pyotr Poroşenko arasında gedəcək.

Hər iki namizəd Ukraynanın yeni prezidenti olmaq uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin birinci turu martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. Sonradan beş nəfər namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub. Səsvermə nəticəsində Vladimir Zelenski və Pyotr Poroşenko ikinci tura keçiblər.

***

Ukraynadan xaricdə yaşayanların 71,8%-i prezident seçkisində şoumen Vladimir Zelenskini dəstəkləyiblər. Bu nəticə NİMG HA şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Poroşenkonu dəstəkləyənlərin sayı isə 28,2% təşkil edib.

Məlumata görə, seçkidəki seçici aktivliyi hələlik 19 faizdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR