Poroşenko kilsəyə gedib sonra... - Foto

Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko prezident seçkilərinin ikinci turunda səs verib.

Dövlət başçısı Kiyevdəki Müqəddəs Maykl kilsəsindəki Pasxa bayramı ilə bağlı keçirilən mərasimdə iştirak edəndən sonra ailəsi ilə birlikdə Zabitlər evinə gedib. O, öz səsvermə hüququndan Kiyevdəki Zabitlər evində istifadə edib.

Prezident bülleteni qutuya nəvəsi ilə birlikdə atıb.

Qeyd edək ki, seçkilərin ikinci turunda Petro Poroşenko prezidentlik uğrunda Vladimir Zelenski ilə mübarizə aparır.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR