Putin bu iki ölkəyə hücum edəcək - Saakaşvilidən şok açıqlama

Ruslar elə də böyük olmayan torpaq sahəsi və ya ada tutacaq

Rusiya Prezidenti Vladimir Putin Polşanın mərhum prezidenti Lex Kaçinskini 2008-ci ildə Gürcüstana gəldiyinə görə hədəfə almışdı.

Bunu "Virtualna Polska" saytına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

"Mən Putinin Kaçinskinin təyyarəsini vuracağıyla bağlı necə təhdidlər səsləndirdiyini xatırlayıram. Mənim üçün Smolensk (Kaçinskinin təyyarəsinin vurulduğu yer - red.) Tiflis hadisələrinin məntiqi davamıdır. Putin Kaçinskinin qətlində maraqlı idi.

Məncə, ruslar texniki baxımdan asanlıqla təyyarəni qəza vəziyyətinə sala bilərdilər", - deyə o bildirib.

Saakaşvili həmçinin Putinin hazırda populyarlığını itirdiyini və buna görə də onun yeni avantüra planlaşdırdığını deyib:

"Gürcüstana təkrar hücumun mənası yoxdur. O öz təsir sferasında hərəkət etməyə başladı, daha sonra Suriya ilə məşğul oldu və vasitəçiləriylə Qərbə qarşı müharibə apardı. İndi o birbaşa Qərbə hücum etməli olacaq. Ona görə ki, yalnız bu addım rusların diqqətini cəlb edəcək. Putin NATO üzvü olduqları üçün Litva, Latviya və Estoniyaya hücum etməyəcək. Onun hədəfi NATO üzvü olmayan Finlandiya və İsveç olacaq. Ruslar elə də böyük olmayan torpaq sahəsi və ya ada tutacaqlar ki, Putin inkişaf etmiş Qərb ölkəsinə hücumunu göstərə bilsin. Bu halda İsveç və ya Finlandiya etiraz edəcək, amma hərbi əməliyyat keçirməyəcəklər. Qərbin cavabı sanksiyalar gücləndirilməsi olacaq, amma bu heç nəyi dəyişməyəcək". (Axar.az)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR