Ukraynada tarixi gün: 30 milyon insan prezidentini seçir

Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir. İkinci turda mübarizə hazırkı prezident Pyotr Poroşenko və şoumen Vladimir Zelenski arasında gedir.

Ukrayna xalqının yeni prezidentin adına aydınlıq gətirməsi üçün ölkədəki 200 seçki mənqətəsində 29 min 982 sandıq qurulub. İkinci turda 30 milyon 311 min 505 seçicinin iştirakı gözlənilir.

Ukrayna Mərkəzi Seçki Komissiyası 20 beynəlxalq qurum və 21 ölkədən 2700 müşahidəçinin seçki prosesində iştirak edəcəyini açıqlayıb.

Qeyd edək ki, 31 martda keçirilən birinci turda Vladimir Zelenski 30,24%, Pyotr Poroşenko isə 15,95% səs toplamışdı. Namizədlərdən heç biri 50% səs toplaya bilmədiyi üçün prezidentin müəyyən olunması ikinci tura qalıb.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR