Mafiyadan prezidentə təhdid

Meksika mafiyası Prezident Andres Manuel Lopes Obradoru təhdid edib.

Axar.az xəbər verir ki, bu məlumatı "Noticaribe" portalı yayıb. Belə ki, mafiya prezidentə ismarıcını Quanaxuato ştatındakı Selaya şəhərindəki körpüdə xüsusi plakat yerləşdirməklə göndərib.

Körpüdə asılan plakatlarda prezidentdən Quanaxuato ştatındakı xüsusi əməliyyatları dayandırması tələb edilib, əks təqdirdə onu böyük problemlərin gözləyəcəyi bildirilib.

Qeyd edək ki, narkokartel bu mesajını özünün liderlərindən birinin federal qüvvələr tərəfindən öldürülməsindən sonra paylaşıb.

Quanaxuato ştatı son bir il ərzində əsas mübarizə meydanlarından birinə çevrilib. Belə ki, təkcə may ayından iyula qədər olan dövrdə ştat ərazisində öldürülənlərin sayı 100-dən çox olub. Bu itkilər ştatın bir neçə narkokartelin savaş meydanına çevrəlməsi ucbatından verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR