9 şəxsin ölümünü planlayan 14 yaşlı məktəbli qızlar həbs olunub

ABŞ-ın Florida ştatında 9 nəfəri öldürməyi planlanan iki 14 yaşlı qız saxlanılıb.

"BBC News"un xəbərinə görə, Eyvon Park orta məktəbinin şagirdləri sayılan bu qızları müəllimlərinin sayıqlığı ələ verib. Müəllim onlarda gələcək cinayəytlərin planının təsvir olunduğu qovluğu aşkar edib.

Həmin qovluqdakı 8 səhifəlik kağızda qızlar silahı necə əldə edəcəkləri, cinayət zamanı nələr geyinəcəkləri, qurbanlarının cəsədlərini harda gizlədəcəklərinə qədər hər şeyi yazıblar.

İstintaq zamanı qızlara qarşı artıq işlədilən 3 cinayət üzrə ittiham irəli sürülüb.

Xəbərdə müəllimin üzərində "Açmaq qadağandır, 11/9 layihəsi" adlı qovluğu aşkar edən zaman qızların isterik reaksiyasından şübhələndiyi və bundan sonra məsələni ortaya çıxardığı qeyd olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR