Koçaryan Avropa liderlərindən kömək istədi

Ermənistanın həbsdə saxlanılan ikinci prezidenti Robert Koçaryan Avropa liderlərinə müraciət edib.

"Euractiv" nəşrində məqalə ilə çıxış edən siyasətçi həbs olunmasına əsas verən 2008-ci ilin mart hadisələri barədə yazıb.

"Mənə qarşı qaldırılan cinayət işi siyasi motivlidir. Həbsxanada qanunsuz saxlanılıram və bunun əsas səbəbi populist Nikol Paşinyanın ünvanına səsləndirdiyim tənqidlərdir", - deyə Koçaryan yazıb.

Onun sözlərinə görə, 2008-ci ilin 1 mart iğtişaşlarının yatırılması zamanı hüquq-mühafizə orqanları qanunun tələblərini pozmayıblar.(modern.az)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR