İrina ilə Ronaldonun yalanı üzə çıxdı

Rusiyanın tanınmış televiziya aparıcısı Viktoriya Bonya qalmaqala səbəb olacaq açıqlama verib.

O, aparıcısı olduğu proqramda rus model İrina Şeyk barədə şok iddia irəli sürüb.

Viktoriya qeyd edib ki, İrina ilə "Yuventus"un futbolçusu Kriştianu Ronaldonun münasibəti saxta olub: "İrina Ronaldo ilə 5 illik müqavilə imzaladı. Bitəndən sonra isə ayrıldılar. İndiki qadınlar hər şeyə razı olurlar. Ronaldonun indiki sevgilisi Corcina Rodriqeslə münasibəti də saxtadır, müqavilə bağlayıblar. Mən heç vaxt belə bir şey etməzdim. Həqiqi ailə və ər istərdim".

TV ulduzun açıqlaması qısa müddət sonra dünya KİV-lərində dərc olunub, sosial şəbəkələrdə müzakirələr yaradıb.

Qeyd edək ki, Şeyklə Ronaldo 2010-2015-ci illərdə sevgili olublar.

Milli.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR