Rəqib partiyaya səs verdiyi üçün barmağını kəsdi

Hindistanda səsvermə hüququ olan Pavan Kumar adlı şəxs yanlış səs verdiyi üçün barmağını kəsib.

Bülənd şəhərində yaşayan Pavan Kumar bülletendə səhvən Hindistan Xalq Partiyasına səs verdiyi üçün özünü bu cür cəzalandırıb.

O, hərəkətini belə əsaslandırıb: "Filə səs vermək istədim, amma səhvən çiçəyi dəstəklədim. Bu xətama görə barmağımı kəsdim".

Qeyd edək ki, Hindistan Xalq Partiyasının loqosunda çiçək, hindlinin səs vermək istədiyi Bahujan Samaj Partiyasında isə fil simvolu əks olunub.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR