Depressiyadan qurtulmağa imkan verən qurğu hazırlanıb

Yeni Cənubi Uels Universitetinin alim və mühəndisləri tərəfindən əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiyadan qurtulmağa imkan verən cihaz hazırlanıb. 

Olaylar.az bildirir ki, universitetin psixiatriya məktəbinin professoru Kolin Loo "ABC" televiziyasına açıqlamasında, qurğunun depressiyada olan insan beynini onun normal vəziyyətinə geri qaytardığını deyib.

İstehsalçıların sözlərinə görə, artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar.

Həkimlərin fikrincə, sınaqların nəticəsi ümidvericidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR