Forbes: Bill Qeytsin varidatı 100 milyardı ötüb

Microsoft kompaniyasının qurucusu Bill Qeytsin (Bill Gates) varidatı 1999-cu ildən bəri ilk dəfə olaraq 100 milyard dollar həddini ötüb.

Olaylar.az bildirir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.

Cümə axşamı günü Microsoftun səhmlərinin qiyməti maksimum səviyyəyə çataraq bir səhm üçün 123,52 dollara yüksəlib. Həftənin əvvəlindən səhmlər 2 faiz bahalaşıb.

Forbes Qeytsin varidatını 100,61 milyard dollar həcmində qiymətləndirir. O, dünyanın ən varlı insanları siyahısında varidatı 152,95 milyard dollar təşkil edən Amazon kompaniyasının başçısı Ceff Bezosdan sonra ikinci yerdədir.

Xərçəngin əsl səbəbi açıqlandı- VİDEO

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR