Rusiyanın baş kəşfiyyatçısı şifrəli yazışmaları tələb edir – Bortnikovdan şok açıqlamalar

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov internetdə vahid beynəlxalq qaydalar hazırlamağa çağırır. Onun fikrincə, mobil əlavələrdəki şifrəli məlumatlar xüsusi xidmətlər üçün açıq olmalıdır.

"Bu gün terrorçu resursların xarici serverlərdə yerləşdirilməsi onları mahiyyətcə möhkəmləndirir. Beynəlxalq ictimaiyyət bu məsələdə konsensusa gələrsə və vahid hüquqi standartlar əsasında koordinasiyalı fəaliyyət göstərərsə, terrorçular faktiki çox şey itirərlər - propaqandanı, adam cəlbini, maliyyələşməni, əlaqəni, idarəçiliyi - bu hələ onların itirəcəklərinin bir hissəsidir", - Bortnikov Sankt Peterburqda konfransda deyib. MDB-nin Parlamentlərarası Assambleyasının dəstəyilə keçirilən konfrans beynəlxalq terrorçuluqla mübarizəyə həsr olunub.

Rusiyada konsepsiya hazırlanıb

Onun sözlərinə görə, "kommunikasiya proqramlarında kriptoqrafiyanın tətbiqi problemi" özəlliklə kəskinləşib, "hər yerdə terrorçularla mübarizədə operativ-texniki tədbirlərin effektivliyini azaldıb".

Bu məsələnin həllindən ötrü Rusiyada "mobil əlavələrdəki şifrələmə açarlarının mütəşəkkil şəkildə saxlanması kimi etibarlı və şəffaf nəzarət sisteminin yaradılmasını hədəfləyən təşəbbüs konsepsiyası" hazırlanıb. Bortnikov deyir ki, Rusiya konsepsiyası terrorçuların mobil cihazlarda ötürdüyü şifrəli informasiyaya qanuni çıxış təmin edə bilər.

Aprelin əvvəlində Dövlət Duması "suveren runet" qanun layihəsinə əlavələr hazırlayıb. Əlavələr IT şirkətləri üzərinə ölkədəki internet trafiki üçün Rusiya kriptoqrafiyasından istifadə etmək öhdəliyi qoyur.

Rusiyada artıq güc strukturlarına istifadəçilərin məlumatlarına geniş çıxış verilib, eləcə də Roskomnadzor, yaxud FSB-nin sorğusu əsasında saytların bağlanması sadələşdirilib. "Suveren runet" haqda qanun layihəsi artıq Dövlət Dumasından keçib. Bu qanun fövqəladə durumlarda Rusiyanın dünya internetindən "ayrılmasına" icazə verir.

Martın 10-da Rusiyada azad internet uğrunda kütləvi mitinqlər keçirilib, təkcə Moskvada etirazlara 15 mindən çox adam çıxıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR