2019-cu ilin ən yaxşı avtomobili müəyyənləşib

Nyu-Yorkda "İlin dünya avtomobili" (World Car of the Year) mükafat mərasimi keçirilib.

Olaylar.az bildirir ki, bu barədə məlumat konkursun təşkilatçılarının saytında yerləşdirilib.

Əsas nominasiyadakı mükafat,  "Jaguar I-Pace" elektrik avtomobilinə verilmişdir. 

O, müsabiqədə iştirak edən 40 avtomobili geridə qoyub. "Jaguar I-Pace" daha iki nominasiya,  "Yaşıl avtomobil" və "Ən yaxşı dizayn"da qalib gəlib.

İki elektrik mühərrik ilə təchiz olunmuş bu avtomobil, 100 km/s sürətinə 4,8 saniyəyə çatır. Onun maksimal sürəti isə 200 km/s, enerji ehtiyatı isə 470 km  təşkil edir.

"Şəhərin ən yaxşı avtomobili"  kateqoriyasında "Suzuki Jimny" avtomobili qalib gəlmişdir. Lüks avtomobil kimi "Audi A7" avtomobili, hiperkar kimi isə "McLaren" seçilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR