Zelenskiyə şok Rusiya təklifi: “Yenidən öpüşüb qucaqlaşmaq...”

Şoumen Vladimir Zelenski Ukraynanın yeni prezidenti seçilsə, o, Rusiya ilə razılaşmaya getməlidir. Belə bir siyasi qərar Kiyevə bir neçə ay ərzində Donbas üzərində nəzarəti bərpa etməyə, Moskvadan ucuz qaz və böyük investisiyalar əldə etməyə kömək edəcək.

Ukraynalı siyasətçi və "Müxalifət platforması - Həyat üçün" Partiyasının siyasi şurasının sədri Viktor Medvedçuk "Reuters" agentliyinə müsahibə zamanı belə deyib:

"Moskvada heç bir gözlənti yoxdur. Onlar gələcəkdə nə baş verəcəyini, onun (Zelenskini nəzərdə tutur-red.) ətrafında kimlərin olacağını və nə edəcəyini görmək istəyirlər. Əlbəttə, Rusiya ilə yenidən öpüşmək və ya qucaqlaşmaq barədə danışmırıq. Biz praqmatik iqtisadi əlaqələrdən söz açırıq".

Siyasətçi əlavə edib ki, Rusiya ilə əməkdaşlıq soyuq iqtisadi hesablamalara əsaslanıb. Belə ki, Kiyevin anti-Rusiya siyasətinə görə Ukrayna hər il təxminən 20 milyard dollar itirir.

Viktor Medvedçukun fikrincə, Ukrayna bunu etməsə və anti-Rusiya siyasətini və isteriyasını davam etdirsə xalqın iqtisadi həyatı daha da pisləşəcək.

Qeyd edək ki, Ukraynada prezident seçkisinin ikinci turu aprelin 21-də keçiriləcək.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR