Prezident seçilsəm, müharibə əmri... - Zelenski

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski dövlət başçısı seçiləcəyi halda, Donbasın hərbi yolla azad olunması haqqında əmr verməyəcək.

Zelenski bu haqda "1+1" telekanalının efirində bildirib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. "Reytinq" sosioloji qrup tərəfindən keçirilmiş sorğunun nəticələrinə görə, Zelenski 61, hazırkı prezident Pyotr Poroşenko isə 24 faiz səs toplayacaq. Kiyev Beynəlxalq İnstitutunun keçirdiyi sorğu göstərir ki, vətəndaşların 72 faizi Zelenskini, yalnız 25 faizi isə Poroşenkonu dəstəkləməyə hazırdır. Publika.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR