Yunanıstan 288 milyard avro təzminat istəyir

Yunanıstan parlamenti İkinci dünya müharibəsi zamanı ölkələrinə dəymiş ziyana görə Almaniyadan təzminat tələb edəcək.

Olaylar.az bildirir ki, bu barədə Yunanıstanın baş naziri Aleksis Çipras açıqlama verib.

Nazir bildirib ki, Almaniyadan bu təzminatın istənməsi yunan hökumətinin xalq qarşısında tarixi və mənəvi borcudur.

Yunanıstan höküməti dəymiş ziyanın 278 milyard avro məbləğində olduğunu və lazımi diplomatik hüquqi addımların atılacağını qeyd edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR