Yer kürəsinə bənzər planet aşkarlanıb

TESS" kosmik aparatı Yer kürəsinə bənzər planet aşkarlayıb.

Olaylar.az bildirir ki, ABŞ Kosmik Agentliyinin (NASA) ekzoplanetlərin tranzit üsulla kəşfi üçün nəzərdə tutulan kosmik aparatı (TESS) Yer ölçüsündə ilk planeti təxminən 53 işıq ili məsafəsində yerləşən ulduz sistemində müəyyənləşdirib.

Alimlərin ilkin fərziyyələrinə görə, yeni planetin radiusu Yer radiusunu təqribən 2,7 dəfə üstələyir. Planetdə atmosferin mövcud və sərin olduğu ehtimal edilir. 

"HD 21749b" adlanan planetin kütləsi Yer kürəsinin çəkisindən təxminən 23 dəfə çoxdur. 

Bundan əlavə, "HD 21749b" kosmik aparat tərəfindən aşkarlanan ən uzun orbital dövrə malik planet hesab olunur. 

Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu ötən ilin aprelində "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR