Daha bir kilsədə YANĞIN TƏŞVİŞİ: bu dəfə ABŞ-da

Daha bir məşhur kilsə yanğın təhlükəsi ilə üz-üzə qalıb.

Naməlum şəxs əlində yanacaq qutuları ilə ABŞ-ın Nyu-York şəhərində yerləşən St. Patriks kilsəsinə gəlib.

O, əlindəki yanacağı kilsənin divarlarına doğru tökməyə başlayıb. Olaya dərhal müdaxilə edən Nyu-York polisi şübhəlini həbs edib. Polis şübhəlinin Nyu-Cersidə qeydiyyatda olan 37 yaşlı kişi olduğunu açıqlayıb.

Hadisənin Fransanın məşhur Paris Notr Dam kilsəsinin yanaraq kül olmasından sonra baş verməsi diqqət çəkib.

publika

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR