Ermənistanda hərbçi güllələndi

Ermənistanda güllələnmə hadisəsi baş verib.

Aprelin 18-də İrəvandakı xəstəxanaların birinə sol tərəfindən güllə yarası almış 23-25 yaşlarında gənc gətiriblər. Hərbi formada olan gəncin Kanakerdəki hərbi hissənin ərazisindən gətirildiyi məlum olub. Yaralı dərhal əməliyyata götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, yaralı şəxs 24 yaşlı Kotayski vilayətinin sakini S.Narekdir. O, müqavilə ilə xidmət edən hərbi qulluqçudur. Hərbçinin cibindən məktub tapılsa da, məzmunu açıqlanmayıb. Hazırda xəstəxanada olan hərbi polisin nümayəndələri hadisənin baş vermə səbəblərini araşdırır.

musavat

Bakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ… – Rusiya ekspertindən SENSASİON AÇIQLAMA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR