Aleksandr Lukaşenk bu gün Türkiyəyə gedir

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək. Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedəcək.

Görüşdə Türkiyə və Belarus arasındakı münasibətlər bütün detalları ilə nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Əlavə olaraq, regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılacaq.

Müxtəlif razılaşmaların imzalanmasından sonra Türkiyə-Belarus İş Forumunun gerçəkləşdirilməsi də planlaşdırılır.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR