Etirazçılar Londonun əsas küçələrini bağladılar

Böyük Britaniyanın paytaxtı Londonda ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə aksiyası keçirən etirazçılar hökumətin bu problemlərə daha çox diqqət yetirməsi üçün şəhərin mərkəzi küçələrini nəqliyyatın hərəkətinə bağlayıblar.

Səhər saat 10:00-dan etibarən aksiya iştirakçıları Oksford və Pikadilli meydanları, Vaterloo körpüsü və Parlament meydanına toplaşaraq nəqliyyatın hərəkətini iflic ediblər. 

Etirazçılar hökumətin iqlim və ekoloji fövqəladə vəziyyət elan etməsini, 2025-ci ilədək istixana qazı tullantılarını sıfıra endirməsini və iqlim dəyişikliyi ilə mübarizəyə dair qərarların qəbulu üçün bir xalq məclisi formalaşdırılmasını tələb edirlər. 

Aksiyanın təşkilatçısı olan "Yoxa çıxmağa üsyan" hərəkatı bəyan edib ki, yolları 24 saat ərzində bağlı saxlayacaqlar. Lakin əgər tələblərinə baxılmazsa, növbəti 5 gün ərzində etirazları davam etdirəcəklərini deyirlər. Onlar xalq məclisləri, tamaşalar və müzakirələr keçirməklə bu aksiyanın yaradıcı müqavimət festivalı olacağını bildiriblər.

Hələlik London polisi aksiyaya müdaxilə etmir. Lakin təşkilatçılar həbslərin ola biləcəyi barədə xəbərdarlıq ediblər. 


azvision

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR