Lukaşenkonun oğluna daha bir vəzifə verildi

Belarus Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Viktor Lukaşenko Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti vəzifəsini də icra edəcək.

Bu barədə "BelTA" agentliyi məlumat yayıb.

Məlumata görə, V.Lukaşenko vəzifə səlahiyyətlərini yerinə yetirməkdən imtina edən Andrey Astaşeviçin yerinə bu vəzifəyə təyin edilib. Müvafiq qərar bu gün Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Viktor Lukaşenkonun namizədliyi İcraiyyə Komitəsinin iclasında irəli sürülüb və yekdilliklə dəstəklənib. O, hazırkı vəzifəsi ilə prezidentin köməkçisi vəzifəsini bir əldə cəmləşdirəcək.

Məlumatda o da bildirilir ki, Belarusda iri beynəlxalq idman yarışları başa çatdıqdan sonra Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında komitənin birinci vitse-prezidenti vəzifəsinə namizədlik məsələsi həll ediləcək.

Viktor Lukaşenko bu vəzifənin icraçısı qismində ilk növbədə beynəlxalq əməkdaşlığa cavabdeh olacaq və Belarusda keçiriləcək iri idman yarışlarının - II Avropa Oyunlarının və Avropa-ABŞ yüngül atletika matçının hazırlığına məsul olacaq. Bu yarışlardan biri iyunda, digəri sentyabrda baş tutacaq. Prezidentin oğlu bu işlərin həyata keçirilməsində İdman və Turizm Nazirliyi, həmçinin baş nazirin idmanı kurasiya edən müavini ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR