Suriyada İran-Rusiya qarşıdurması

2016- cı ildə ordudan qaçan bir zabitin ifadəsinə görə Suriyada İran Rusiya nüfuz mübarizəsi artan xətlə  davam edir. "OLAYLAR"-ın əldə etdiyi məlumata görə, iki dövlət Suriyanın üzərində ərazi və nəzarət mübarizəsi aparmaqdadır. Canlı quvvə problemi yaşayan Rusiya vəziyyəti maddi texniki üstünlüklə həll etməyə çalışır.  Hərbiçinin ifaələrinə görə əvvəlcə  Rusiya mənafelərinə zidd hərəkət edən 4-cü diviziyaya yeni texnika və silah sursat təchizatını dayandırıb. Rusiyanın növbəti addımı İrana sədaqətiylə bilinən 2400 zabitin oğurluq və rüşvət ittihamıyla həbs edilməsi olub. Onlar Sidnaya və Adna həbsxanalarına göndəriliblər. Cavab addımı olaraq iranlılar ruslar tərəfindən təlim görən və ruspərəst zabitləri təcrid ediblər. Ordunun bütün idarə və komanda mərkəzləri rusların nəzarətinə keçib.. Suriya ordusunun operativ hərəkəti ruslar tərəfindən aparılır. Hərbi mütəxəssis Muhammed Munirin ifadəsinə görə isə Rusya İran əleyhinə iki istiqamətdə hərəkət edir. .İlk addım rusların yüksək rütbəli zaitlərini öz tərəfinə çəkərək ordunun idarəsini tam olaraq ələ almaqdır.

İkinci addım isə yeni hərbi texnikanı və silah sursatı özlərinin nəzarətindəki birliklərlə təmin etməkdir. Ruslar 4-cu diviziyanı və Şiə könüllüləri tam olaraq ölkənin Şimalından sıxışdırıb çıxarıblar və ölkənin bu hissəsi rusların nəzarətinə keçib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR