Turistlərdən tutulan vergi təbiətin qorunmasına sərf olunacaq

Yeni Zelandiyada turistlərdən əlavə vergi tutulacaq.

Olaylar.az bildirir ki, ölkədə fəaliyyət göstərən "Yaşıl partiya" parlamentdə infrastruktur və ekoloji təşəbbüslər üçün xərclərin maliyyələşdirilməsi məqsədilə kənardan gələn turistlərdən vergi tutulması barədə təklif irəli sürüb.

Hazırda Yeni Zelandiyada turistlərdən vergi tutulur. Yeni təklif həmin vergiyə 14-18 Yeni Zelandiya dolları (16-20 manat) əlavə edilməsini nəzərdə tutur. Qanun qəbul olunsa, əldə edilən vəsaitin 70 faizi təbiətin qorunmasına, 30 faizi isə turizm infrastrukturunun maliyyələşdirilməsinə yönəldiləcək.

Hava taksisi sınaqdan keçiriləcək

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR