Alman kəşfiyyatı: Hər an hücum ola bilər

Son illərdə baş verən proseslər radikal sağ qruplara ciddi nəzarətin edilməsinin vacibliyini ortaya qoyur.

Bu sözləri Almaniya Daxili Kəşfiyyat Agentliyinin rəhbəri Tomas Haldenvanq deyib. O bildirib ki, sözügedən birləşmələr güclü şəbəkə formalaşdırıb:

"Radikal qruplarla hökumətdən narazı olan populist vətəndaşlar arasında sərhədi müəyyən etmək artıq çətinləşir".

İŞİD təhlükəsinə toxunan alman rəsmisi bildirib ki, terror təşkilatı hələ də Suriya və İraqda gizli şəkildə fəaliyyətini davam etdirir:

"İŞİD təhlükəsinin sovuşduğunu deyə bilmərik. Hələ də hücum planlarının olması yönündə məlumatlarımız var. Almaniyada hər an terror olayı ehtimalını nəzərdən qaçırmamalıyıq".

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR