"Boeing 737 MAX"ın uçuşlarına qadağa uzadıldı

"American Airlines" aviaşirkəti "Boeing 737 MAX" təyyarələrinin uçuşunun dayandırılması müddətini 19 avqust tarixinə qədər uzadıb. Bu barədə bəyanat bazar günü şirkətin saytında dərc olunub.

Daha əvvəl qadağa iyunun 5-nə qədər nəzərdə tutulmuşdu.

"Biz "Boeing 737 MAX" təyyarələri ilə həyata keçirilən reyslərin ləğvini 19 avqustadək uzatmaq barədə qərar qəbul etdik. Çox əminik ki, MAX (modelləri) həmin vaxtadək yenidən attestasiyadan keçəcək", - deyə məlumatda bildirilir.

Aviaşirkət əlavə edib ki, belə olan halda, gündə təqribən 115 reys ləğv olunacaq ki, bu da ABŞ-da bütün gündəlik reyslərin 1,5 faizini təşkil edir. Report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR