Azərbaycan üçün dəhşətli SEL XƏBƏRDARLIĞI: daşqınlar olacaq

Son günlərdə İranın əksər əyalətlərində çox sayda şəhər və kənd dağıdıcı sel fəlakəti ilə üzləşib.

Cənubi Azərbaycanın bir çox məntəqəsində soyuq hava şəraiti getdikcə şiddətlənir.

Azərbaycan əyalətlərinin Böhranı İdarə etmə Mərkəzləri bölgədə yüzlərlə şəhər və kənddə sel təhlükəsi olduğunu elan olunub. Xüsusi ilə Qərbi Azərbaycan və Qəzvin əyalətlərində çox sayda kəndin selə məruz qala biləcəyi barədə ciddi xəbərdarlıq edilib.

İran energetika naziri Rza Ərdəkaniyan da verdiyi açıqlamada sel hadisəsi gözlənilən əyalətlərin adını açıqlayıb. Onun sözlərinə görə, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Şimali və Rəzəvi Xorasan, Xuzistan, Loristan, Kohkuliyye və Boyr Əhməd, Buşehr, Fars və Hormozqan əyalətlərində sel və daşqınlar başa verə bilər.

İran Meteorologiya Təşkilatı da gələcək günlərdə adı çəkilən əyalətlərdə güclü yağıntıların gözləndiyini açıqlayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR