İraqda milli matəm elan olundu

İraqın baş naziriAdel Abdel Mahdi bərə qəzasında ölənlərlə əlaqədar olaraq milli matəm elan edib.

Teleqraf com-un məlumatına görə, baş nazir faciənin baş verdiyi Mosul şəhərinə gəlib.

Qeyd edək ki, son məlumatlara əsasən, Mosulda bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 90-ı keçib. Ölənlərin əksəriyyəti üzməyi bacarmayan qadın və uşaqlar olub. Bərə Dəclə çayı ilə hərəkət edib. Bərənin qəzaya uğramasına səbəb kimi onun həddindən artıq yüklənməsi qeyd olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR