Mehmanxana otaqlarından gizli kameralarla canlı yayımlar böyük qalmaqal yaratdı

Cənubi Koreyada hotellər şəbəkəsi ilə bağlı böyük qalmaqal yaranıb. 1500-ə qədər adamın hotel otaqlarında gizli kameraların yerləşdirilməsinin qurbanı olduğu üzə çıxıb.

Cənubi Koreya polisi bununla bağlı cinayət işi açıb, böyük araşdırma aparılır. Kameralar teleötürücülərdə, elektrik mənbələrində quraşdırılıbmış. Hotel otaqlarından görüntülər xüsusi saytda yayımlanırmış. Hətta otaqlarda baş verənlərə canlı baxmaq da mümkün imiş. Aylıq abunə haqqı 45 dollar olub. Saytda 97 nəfərin canlı yayıma abunə olduğu müəyyənləşdirilib.

Polis iki nəfəri həbs edib. Daha iki nəfərin həbs olunacağı gözlənilir.

Keçən il də belə problem yaranmışdı. Sadəcə, cinayətkarlar bir az da irəli gedib. Cənubi Koreya polisi ilk dəfədir hotel otağından canlı yayım verilməsi faktı ilə üzləşir.

Bu Asiya ölkəsində gizli kameralar böyük problemlər yaradır. Cinayətkarlar, adətən, qadın tualetlərində kamera quraşdırırlar. Bu janr "spycam" adlanır və sonradan görüntülər sosial şəbəkələrdə satılır.

Keçən il paytaxt Seul küçələrinə onminlərlə qadın belə cinayətlərə qarşı etiraz aksiyasına çıxmışdı. Aksiya "Mənim həyatım sənin pornofilmin deyil" şüarı ilə keçirilirdi.

bizimyol

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR