Keçmiş işçisi müğənnini ölümlə hədələdi – Dava

Türkiyəli müğənni Bülənt Sərttaş keçmiş işçisi Muhlis K. adlı şəxsdən prokurorluğa şikayət edib.

Müğənni keçmiş işçisinin ondan pul istədiyini, "maşınını yandıracam, evinin önündə yatıb, qapıdan ilk çıxanı vuracam, hamınızı yox edəcəm" - deyə təhdid etdiyini söyləyib.

Müğənninin iddia ərizəsi əsasında Muhlis K.-ya 2 ilə qədər həbs cəzasını nəzərdə tutan cinayət işi açılıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs səbəbsiz yerə işdən çıxarıldığı üçün əsəbi olduğunu, buna görə müğənnini təhdid etdiyini deyib.

Əməlindən peşman olduğunu söyləyən keçmiş işçisini müğənni bağışladığını açıqlayıb.

teleqraf

Hamı qadını model bilirdi, heç demə... – Fotolar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR