Maduro Trampı oğurluqda ittiham etdi

Venesuela prezidenti Nikolas Maduro, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumətin Venesueladan 5 milyard dollar oğurladığını dilə gətirib. Onun sözlərinə görə,həmin vəsait dərman istehsalı məqsədilə xammalın alınması üçün nəzərdə tutulmuşdu.

Bu haqda "RİA Novosti" məlumat yayıb.

Maduronun dediyinə görə, ABŞ hakimiyyəti Venesuelaya humanitar yardım bəhanəsi ilə həmin vəsaitlərin "arxasına keçib".  Venesuela lideri Amerikalı dövlət rəsmilərini, "ölkəyə humanitar yardım adı ilə, xərçəng xəstəliyi əmələ gətirən və korlanmış qidalar göndərən ikiüzlülər və riyakarlar" deyə adlandırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR