İngiltərədə 4 məscidə silahlı basqın: Terror, yoxsa...

İngiltərənin Birmingham şəhərində 4 məscidə basqın edilib.

İngiltərə polisindən verilən məlumata görə, bir şəxs gecə saat 02.32-də məscidin pəncərələrini balta ilə qırıb.

Bu hadisədən 42 dəqiqə sonra başqa bir məsciddə də bənzər hadisə baş verdiyi məlumatı yayılıb.

Şəhərdəki digər məscidləri gəzən polis daha 2 ayrı ibadət yerinin də basqına uğradığı aşkarlayıb.

Polis basqınların bir-biri ilə bağlı olduğunu, olay yerlərindən dəlillərin toplandığını və təhlükəsizlik kamerası görüntülərinin incələndiyini açıqlayıb.

Polis şefi Dov Tomson jurnalistlərə açıqlamasında qeyd edib ki, Yeni Zelandiya basqının ardından bölgədəki məscid, kilsə və digər ibadət yerlərinə dəstək vermək üçün ərazidə olan əhali ilə yaxından çalışırlar.

Tomson məscidlərə edilən basqınların dəqiq səbəbinin bilinmədiyini açıqlayıb.

Qeyd edib ki, polis və terrorla mübarizə birliyi günahkarların tapılması üçün tədbirlər görürlər.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR