Qazaxıstanın mərkəzi küçələrinin də adı dəyişdirildi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərini həyata keçirən spiker Qasım-Jomart Tokayev ölkənin paytaxtı Astananın adının dəyişdirilərək, "Nursultan" qoyulmasını təklif edib.

Axar.az xəbər verir ki, Tokayev ölkənin bütün vilayət mərkəzlərində əsas küçələrə Qazaxıstanın birinci prezidentinin adının verilməsini və onun dövlətin yüksək səviyyəli mükafatları ilə təltif edilməsi təkliflərini də irəli sürüb.

***

Qazaxıstan parlamentinin Aşağı və Yuxarı palatalarının birgə iclasında paytaxt Astana şəhərinin Nursultan adlandırılması barədə qanun layihəsi qəbul edilib.

İndi Astana rəsmi olaraq Nursultan adını alıb.

***

Qazaxıstan vilayətlərinin bəzi şəhərlərinin mərkəzi keçələri artıq Nursultan Nazarbayevin şərəfinə onun adını daşıyacaq.

Bu gün yeni prezident Nursultan Nazarbayevin adının əbədiləşdirilməsi üçün vilayət keçələrinin adının dəyişdirlməsini təklif etmişdi. Təklifə əsasən Çımkəntin əsas prospekti olan Astananın Qazaxıstanın birinci prezidentinin şərəfinə adı dəyişdiriləcək.

Həmçinin Uralsk şəhərində məslihatanın (palata) növbədənkənar sessiyasında Dostluq prospektinin adının Nursultan Nazarbayevlı əvəz olunması qərara alınıb.

Öskemen şəhər məslihatı da Müstəqillik prospektinə Nursultan Nazarbayev adının verilməsinə yekdilliklə səs verib.

Qeyd edək ki, artıq Aktauda, Atırauda, Qarakanda, Petropavlovs və Taraz şəhərlərində prospektlərə Nazarbayev adı verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR