Moskvada MÜHARİBƏ ELAN EDİLƏCƏK? - MKİ-nin sabiq başçısından sensasion iddia

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla uğursuz sammitdən sonra Rusiyaya səfər edə bilər.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Koreya məsələləri üzrə mərkəzinin keçmiş rəhbəri Endrü Kimə istinadən Cənubi Koreya KİV-i bildirib.

O, bu fikirləri Seulda keçirilən qapalı mühazirədə çıxışı zamanı söyləyib. Kim hesab edir ki, Koreya Xalq Demokratik Respublikasının lideri ABŞ-la nəticəsiz başa çatmış sammit fonunda Rusiyayla yaxşı münasibətləri dünyaya nümayiş etdirmək istəyəcək.

Qeyd edək ki, Endrü Kim keçən ilə qədər MKİ-də Koreya məsələləri üzrə mərkəzə başçılıq edirdi.

Xatırladaq ki, fevralın 28-də Vyetnamın paytaxtı Hanoyda ABŞ prezidenti Donald Tramp və Kim Çen In arasında ikinci görüş keçirilib. Sammitin yekunları üzrə razılaşma əldə olunmayıb.

"Şimali Koreya sanksiyaların ləğvi qarşılığında sənədi imzalamağa hazır idi. Razılıq istədiyimiz hər şeyi etmədikləri üçün olmadı. Onlar özlərinə qarşı bütün sanksiyaların ləğv edilməsini istədilər. Biz isə buna hazır deyildik. Sanksiyaların hamısını ləğv etmək üçün nüvə silahından imtina etmələrini istədik. Lakin onlar da buna hazır deyildilər. Onlar tamamilə deyil, ayrı-ayrı rayonlarda nüvəsizləşməni həyata keçirmək istəyirər. Bu bizi qane etmədiyi üçün təklifdən imtina etdik. Kim Çen In bundan sonra nüvə silahı və raketlərin sınaqdan keçirməyəcəklərinə söz verdi. Danışıqlarımız davam edəcək", - Donald Tramp görüşdən sonra keçirilən mətbuat konfransında vurğulayıb.

Martın 6-da isə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSİS) ilə "38 North" saytının (Şimali Koreya barədə analitik informasiyalar paylaşmaq üçün yaradılıb - red.) yaydığı informasiyaya görə, Şimali Koreya yenidən nüvə stansiyalarını inşa etməyə başlayıb. Xəbərə görə, Kim Çen In ötən ilin iyun ayında Donald Trampla razılığa gəldikdən sonra "Shoae" uzunmənzilli nüvə raket sistemlərinin stansiyaları sökülməyə başlanmışdı. Lakin liderlərin iki dəfə görüşməsi Şimali Koreyanın nüvə layihələrini dayandırmasına təsir edə bilməyib.

Ötən həftə isə Pxenyanda keçirilən mətbuat konfransının gedişatında Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçının müavini Tsoy Son Xi bildirib ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında ABŞ tələblərinə güzəştə getmək niyyətində deyil.

"Bizdə ABŞ-ın tələblərinə güzəştə getmək niyyəti yoxdur və belə danışıqları aparmağı arzu etmirik", - nazir müavinini qeyd edib.

O əlavə edib ki, Şimali Koreya lideri Kim Çen In yaxın vaxtlarda Pxenyanın Hanoy sammitindən sonrakı hərəkətləri haqqında öz qərarını elan etmək niyyətindədir. Pxenyanın növbəti hərəkətlərinin isə Şimali Koreya liderinin Moskva səfərindən elan edəcəyi gözlənilir. Moskva səfəri Pxenyanın danışıqların davam etdirmək, yaxud da ABŞ-la qarşıdurmaya getmək niyyətini göstərə bilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR