Yeni prezidentdən Nazarbayevin qızına BÖYÜK JEST

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Senatın sədri seçilib.

Publika.az xəbər verir ki, bu barədə TASS informasiya yayıb.

Xəbərə görə, sabiq prezidentin qızı səsvermə nəticəsində sədr seçilib. Onun sədrliyə namizəd olması ilə bağlı yeni prezident Kasım-Jomart Tokayev təklif edib.

Qeyd edək ki, Dariqa Nazarbayeva 2012-ci ildə Qazaxıstan parlamentinə deputat seçilib və Məclisin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə isə Məclisin spikeri təyin olunub. O, daha sonra 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR