Ukraynada inanılmaz iddia: Prezident öldürüləcək

Sosial şəbəkələrdə Ukrayna Prezidenti Pyotr Poroşenkoya Zakarpatiya bölgəsinə səfəri zamanı sui-qəsd təşkil ediləcəyi barədə informasiya yayılıb.

Bu barədə Ukraynanın "Strana" nəşri yazıb.

Məlumata görə, sosial şəbəkədə məşhur aktivist tərəfindən Poroşenkoya sui-qəsd hazırlandığı iddia edilib. Sözügedən şəxs həmçinin sui-qəsd hazırlayanın soyadını da qeyd edib.

Bir qədər sonra isə paylaşım sosial şəbəkə hesabından silinib.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR