İƏT-in baş katibi Yeni Zelandiyadakı terroru pislədi

Baş katib "günahsız müsəlmanların" öldürüldüyü bu terror aktını pisləyib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə silahlı hücum nəticəsində 49 nəfərin həlak olması ilə bağlı bəyanat yayıb.

Baş katib "günahsız müsəlmanların" öldürüldüyü bu terror aktını pisləyib. O əlavə edib ki, bu vəhşi qətliam dünyada bütün müsəlmanları kədərləndirib və dərindən sarsıdıb, islamofobiyanın, kin-və nifrətin artmasına səbəb olub, tolerantlıq və dinlər arasında dialoqa ciddi təhlükə yaradıb. Yusif bin Əhməd əl-Useymin ümidvar olduğunu bildirib ki, Yeni Zelandiyanın huşuq-mühafizə orqanları cinayətin bütün iştirakçılarını cəzalandırmaq üçün lazımi tədbirləri görəcəklər. Eyni zamanda, baş katib həmin ölkənin hakimiyyət orqanlarını müsəlmanların təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görməyə çağırıb.

Yusif bin Əhməd əl-Useymin terror aktı nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə şəfa tapmasını arzulayıb.(AZƏRTAC)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR