İranlılar Ermənistana getməkdən niyə imtina edir?

Novruz bayramı günlərində İrandan Ermənistana gedəcək turistlərin sayında azalma gözlənilir.

Bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın Tehran səfəri zamanı İranla sərhədin bağlanması imkanı barədə verdiyini açıqlamasını unutmayıblar.

Bundan başqa, bəzi Ermənistan banklarının iranlılarla problemləri qeydə alınıb. Amma əsas səbəb kimi son zamanlarda İranla Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşması göstərilib. Nəticədə İran turistlərinin böyük hissəsi Ermənistandan Azərbaycana yönəlib. Bundan başqa, iranlılar Gürcüstana da səfər etməyə başlayıb.

onn

Ermənistan parlamentində qapalı Qarabağ müzakirəsi: Mnatsakanyan yola salınır

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR