Almodovardan yeni film - “İztirab və şöhrət”

Martın 22-də İspan kinosunun dünyəvi kinorejissorluğunun paklıq və azadlıq simvollarını özündə cəmləyən "İztirab və şöhrət" filmi nümayiş olunacaq.

Filmin rejissoru və ssenari müəllifi Pedro Almodovardır. Baş rolları Antonio Banderas, Penelope Kruz və Culiyeta Serrano canlandırıblar.

Film Pedro Almodovarın ən yaxşı ekran əsərlərindən biri, eyni zamanda, ən riskli kinolentidir.

Ekran əsərində baş rolu oynayan Antonio Banderas bildirib ki, rejissorun bu filmi şəhadətnamədir, vəsiyyət deyil.

P.Almodovar qeyd edib ki, Salvador Mallo personajı (Banderas) bir tərəfdən özünü canlandırır, digər tərəfdən başqa insanın roluna girir. Çünki kinoda reallıqla yanaşı, uydurma da var. AzərTac

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR