“Windows” sistemində boşluq

"Kasperski laboratoriyası" "Windows" əməliyyat sistemində naməlum boşluq aşkar edib. Şirkətin saytında dərc edilmiş məlumata görə, hakerlər həmin boşluğun köməyi ilə şəbəkə və ya "qurban"ın qurğusu üzərində tam nəzarəti ələ keçirə bilərdilər.
 
Bu boşluqdan istifadə etmək üçün kibercinayətkarlar şəbəkə hücumlarının həyata keçirilməsi proqramını yazıblar. Proqram "Windows 8" və "Windows 10" əməliyyat sistemlərini hədəf alıb.
 
Boşluq haqqında informasiya "Microsoft" şirkətinə göndərilib. ABŞ şirkəti artıq yeniləmə çıxarıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR